"Sözlə ifadə edə bilməyəcək qədər ağır günlər yaşayıram" — VİDEO

ŞOU-BİZNES 18 yan 2023, 19:12
"Sözlə belə ifadə edə bilməyəcəyim qədər hədsiz, çox ağır, ağrılı, çıxılmaz günlər yaşayıram ciddən".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb. Yeni doğulan qızı Adellə görüntüsünü yayımlayan prodüser çətin günlər yaşadığını bildirib:

"Bunu mənə kiminsə yazığı gəlsin deyə yox, öz daxili hayqırtımı çıxardıb, ürəyim yatıb ölməyim deyə, yazdım. Qoy, bu da burada qalsın: 18.01.23 05:45
Bir də bu günlərimdə üz tutduğum heç bir kəsi, cavabında aldığım və hətta almadığım heç bir şeyi ( əsas müsbət, sonra da mənfi ) unutmayacağam. Mən unutsam da, Allah unutmayacaq".

Qeyd edək ki, T.Səmədova ailə qurduğunu açıqlayıb. Onun həyat yoldaşı hazırda həbsxanadadır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top