İranda yüksək vəzifələr tutmuş Fransa agentləri — SENSASİON FAKTLAR

MARAQLI 14 yan 2023, 11:27
Region ölkələri içərisində seçdiyi siyasi kurs baxımından ən anlaşılmaz tərəf heç şübhəsiz İran İslam Respublikasıdır. Çünki İranın yeritdiyi siyasətin nə adındankı İslamla, nə də ideoloqlarının açıqladığı tezislərlə yaxından uzaqdan əlaqəsi yoxdur.

Xüsusilə də, qonşu ölkələrlə münasibətlərdə İranın yeritdiyi siyasi xətt, əksərən Qərb ölkələrinin, daha doğrusu Fransanın maraqları ilə üst-üstə düşür. Buna Suriya və İraq böhranlarından tutmuş, Ermənistanla münasibətlərə qədər kifayət sayda örnək verə bilərik.

Bəs, bu cür yaxınlığın səbəbi nədir?

Bir qədər keçmişə, ötən əsrin 70-ci illərinə qayıtsaq, bu suala cavab tapmaq, yəqin ki, daha asan olar. İranda şah rejiminə qarşı narazılıqlar hələ 40-ci illərin əvvəllərindən açıq hiss edilməyə başlamışdı. Şah üsul-idarəsindən narahat olan qüvvələr fərdi qaydada rejimə qarşı mübarizə aparırdı. Həmin mübarizədə dini sektanın öndə gedən simalarından biri isə Ruhulla Xomeyni idi. O, dövlət əlehinə fəaliyyətlərinə 1950-ci illərin sonunda start verdi.

Lakin Xomeyninin Rza şah Pəhləviyə qarşı mübarizəsinin ilk dalğası uğursuzluqla nəticələndi və sabiq ayətullahın sürgün illəri başladı. 1965-ci ildən başlaya sürgünün son illərini isə Xomeyni Fransada keçirdi. Bəli, İslamın ehkamlarından danışan, radiolardan müraciətlər edərək İran xalqına din dərsi keçən Xomeyni Əl-Cəzairdə milyonlarla müsəlmanın qanına əli batmış Fransaya sığındı.

Bir ildən çox Fransada qalan Ruhullaya “gözün üstə qaşın var” deyən olmadı. Hətta, Fransa ona İranla bağlı planlarını reallaşdırmaq üçün hər cür şəraiti də yaratmışdı. 

Paris ətrafındakı Nofl-le-Şatoda yaşayan “qəhrəman”ımızı şah tərəfdarlarından qorumaq üçün xüsusi dəstə də ayrılmışdı. Yeri gəlmişkən, ayətullahı qoruyan 15 nəfərlik dəstə ASALA-nın üzvlərindən ibarət idi.

1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Fransa göz bəbəyi kimi qoruduğu Ayətullah Xomeynini təm-təraqla İrana gətirib, faktiki olaraq ölkənin liderinə çevirdi.

Sual oluna bilər: niyə? Özünü demokrat adlandıran Fransa şəriətçi Xomeynini hər hansı marağı olmasa qoruyub, hakimiyyətə gətirərdimi? Təbii ki, mümkün deyil. Haşiyə çıxaraq qeyd edək ki, Fransadan gələn təyyarədə və sonrakı dönəmdə də Xomeynini elə həmin 15 nəfərlik dəstə müşayiət edirdi.

Bəs, İran hakimiyyətində Fransaya bağlılığı olan başqa kimlər təmsil olunub? 

Yəni, Xomeyni Fransanın İran, daha dəqiqi Yaxın Şərq siyasətinin əsas fiquru idi. Lakin bu qədər böyük maraqlardan danışırıqsa, Xomeyninin Fransanın İrandakı yeganə adamı olması da reallıqdan uzaqdır. Təxmin etmək olar ki, onların sayı kifayət qədər çox olub. 1980-1981-ci illərdə İran prezidenti olmuş Əbülhəsən Banisədrin adı Fransa xüsusi xidmət orqanları ilə birgə daha tez-tez çəkilirdi. İslam inqilabının ilk illərində Xomeyninin “sağ əli” kimi görülən Banisədrin sonradan Ayətullahla arası dəydi. Və təxmin edin Əbülhəsən hansı ölkəyə pənah gətirdi? Təbii ki, Fransaya.

Fransa ilə bağları olduğu haqda məlumatların yayıldığı bir digər şəxs isə Qasim Süleymani idi. Sağlığında Xameneyidən sonra İranda ikinci ən güclü şəxs sayılan Süleymani öldürüldüyü zaman, İran istisna olmaqla, 3 ölkə generalın qətlini pisləyən bəyanat yaydı. Rusiya, Çin və Fransa. Rusiya və Çinin İranla müttəfiqliyi, eləcə də ABŞ-la düşmənçiliyi bəllidir. Amma Fransanın bu siyahıda olması üçün görünən qədərilə heç bir səbəb olmamalı idi.
Sonda qeyd edək ki, İranın siyasi kursu bu gün də Fransanın maraqları ilə toqquşmur. Yəni, İran hökumətinin yüksək pillələrində yenə də Fransaya bağlı adamlar var...  /bizim.media/az/

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top