"Beşiktaş"ın kapitanı Orkun Kökçü İngiltərə Premyer Liqasının nəhəngi "Liverpul"un diqqət mərkəzinə düşüb.
Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı xəbərə görə, "Liverpul" baş məşqçi Andoni İraolanın rəhbərliyi altında yarımmüdafiəyə lider xüsusiyyətlərə malik futbolçu cəlb etmək istəyir. İngiltərə klubunun transfer hədəfləri arasında 25 yaşlı Orkun Kökçünün də yer aldığı bildirilir.
Məlumata əsasən, "Liverpul"un skautları milli futbolçunun çıxışını yaxından izləyir. İngiltərə təmsilçisinin qış transfer pəncərəsində "Beşiktaş"a rəsmi təklif göndərə biləcəyi qeyd olunur. Eyni zamanda, daha iki Premyer Liqa klubunun da Orkun Kökçünün durumunu izlədiyi vurğulanıb.
Orkun Kökçü "Beşiktaş"da keçirdiyi 53 rəsmi oyunda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandanın hücum quruculuğunda mühüm rol oynadığı və kapitan kimi liderlik etdiyi bildirilir.
"Beşiktaş" rəhbərliyinin isə futbolçunun mümkün transferi ilə bağlı mövqeyi fərqlidir. Klubun çempionluq və Avropa hədəflərində əsas fiqurlardan biri hesab olunan Kökçünün qış transfer dönəmində komandadan ayrılmasına rəhbərliyin isti yanaşmadığı qeyd edilir.
Jalə

