Hava

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - Faktiki hava

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - Faktiki hava

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 19:00-a olan məlumatında qeyd edilib.

Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25, Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18, Şirvan, Culfada 17 m/s-yə çatır.

NE
Nihadə Eyyubova