Duş başlığında əhəng çöküntüsü suyun təzyiqini zəiflədə və dəliklərin tutulmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün bahalı kimyəvi vasitələrə ehtiyac yoxdur.
Demokrat.az xəbər verir ki, sərt suda olan kalsium karbonatları zamanla duş başlığının dəliklərində toplanaraq suyun zəif axmasına səbəb olur. Bu çöküntüləri aradan qaldırmaq üçün mətbəxdə olan limon turşusundan istifadə etmək mümkündür.
Bunun üçün 3 xörək qaşığı limon turşusunu 300 mililitr suda həll etmək lazımdır. Əgər duş başlığı çıxarılandırsa, onu məhlula dəlikləri aşağıya baxacaq şəkildə yerləşdirib 30 dəqiqə saxlamaq kifayətdir. Daha sonra köhnə diş fırçası ilə təmizlənərək axar su altında yaxşıca yuyulmalıdır.
Divara bərkidilmiş duş başlığını çıxarmaq mümkün olmadıqda isə pambığı həmin məhlulla isladıb başlığın üzərinə qoymaq olar. Daha sonra üzərinə paket keçirib rezinlə bərkitmək və 30 dəqiqə gözləmək lazımdır. Prosedurun sonunda səth fırça ilə təmizlənməli və su ilə yuyulmalıdır.
Limon turşusunun turş mühiti kalsium çöküntülərinin yumşalmasına və həll olmasına kömək edir. Bu üsul həm əhəng izlərinin, həm də bəzi çirk və kif qalıqlarının təmizlənməsində istifadə oluna bilər.
Mütəxəssislər belə təmizləməni xüsusilə sərt sudan istifadə olunan evlərdə vaxtaşırı, təxminən ayda bir dəfə etməyi tövsiyə edirlər. Duş başlığının dəliklərinin yenidən tez tutulmaması üçün isə istifadədən sonra səthi quru saxlamaq məsləhətdir.
Jalə

