Özəl

Deputat: Bölgədə sülhün bərqərar olması yeni investisiya imkanları yaradır

Deputat: Bölgədə sülhün bərqərar olması yeni investisiya imkanları yaradır

Prezident İlham Əliyev bu gün işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət edib. Dövlət başçısı müraciətində Cənubi Qafqazda bərqərar olmaqda olan sülhün regional ticarət və investisiyalar üçün yeni imkanlar yaratdığını bildirib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a bildirib ki, hər zamankı kimi, bu müraciətində də cənab Prezident çox önəmli və vacib məsələlərə toxunub, Cənubi Qafqazda sülhün bərqərar olmasının əhəmiyyətini xüsusi vurğulayıb:

Deputat: Bölgədə sülhün bərqərar olması yeni investisiya imkanları yaradır

"Həqiqətən də bu gün çox sevindirici haldır ki, Qafqazda artıq sülh bərqərar olub və bölgədə müxtəlif dövlətlər tərəfindən investisiyaların yatırılması üçün yaxşı imkan və fürsətlər yaradılıb. Bu, çox vacib və olduqca önəmli məsələdir. Cənubi Qafqazda sülhün bərqərar olması ticarət və investisiyalar üçün böyük imkanlar yaradır. Bu gün cənab Prezidentin rəhbərliyi ilə bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. Bütün bunlar da ona yönəlib ki, insanların daha yaxşı yaşaması və həyat şəraitinin yaxşılaşdırılması təmin olunsun. Bu mənada, bir sıra dövlətlərin Azərbaycana maraq göstərməsinin kökündə də həyata keçirilən bu siyasət dayanır".

Deputatın sözlərinə görə, bu gün yaşıl enerji, neftə alternativ enerji, bərpa olunan enerji və digər sahələrə dövlətimiz tərəfindən böyük vəsaitlər yatırılır:

"Bu da bütövlükdə qeyd etdiyimiz prosesə özünün müsbət töhfəsini verir və prosesə yaxşı mənada təsir göstərir. Biz bu istiqamətdə addımlarımızı davam etdirməliyik. Bu prosesə verilən töhfələr də alqışlanmalı və yüksək qiymətləndirilməlidir. Bu, təbii ki, dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin, o cümlədən xarici siyasətin göstəricisidir".

FH
Fidan Hacızadə
Müxbir