“Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.
Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.
***22:05
“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə bir nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən Demokrat.az-a verilən xəbərə görə, iki nəfərə də tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.
Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.