Ronaldo “Əl Nəsr”ə transferindən danışdı

İDMAN 31 dek 2022, 12:57
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”ə transferindən danışıb.

Demokrat.az
 xəbər verir ki, 37 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqavilə imzaladıqdan sonra ill açıqlamasımı verib. 

“Mən özümü yeni liqada, başqa ölkədə sınamağı səbirsizliklə gözləyirəm. “Əl-Nəsr”in baxışı məni çox ruhlandırır. Mən yeni tərəfdaşlarımın sırasına qoşulduğum üçün xoşbəxtəm. Bir birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edə biləcəyik” - deyə “Al Arabiya” Ronaldodan sitat gətirib.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun əsas maaşı ildə 75 milyon avro, kommersiya haqları və səfir kimi gəliri ilə birlikdə isə ümumən 200 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Kriştianonun son klubu “Mançester Yunayted” olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top