Azərbaycanda bu şəxslərin “Tik-Tok”a girişi qadağan oluna bilər

SOSİAL MEDİA 30 dek 2022, 12:16
Azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə girməyi qanunvericiliklə qadağan olunmalıdır.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu bildirib.

Onun çıxışında deyib ki, “Tik-Tok” gələcək nəslin məhvinə yönəlməkdədir.

“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan olunsun. Bununla əlaqədar vətəndaş cəmiyyəti, valideyn-məktəb işbirliyi olmalıdır. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60%-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə azyaşlılar daha çox istifadə edirlər. Bu rəqəmlər günü-gündən daha da sürətlənir. Bu məsələyə gələcəkdə parlament çərçivəsində diqqət yetirilməlidir”,- deyə deputat təkliflə çıxış edib./modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top