Bakıda qoçu xanım sürücü peyda oldu: Yolu kəsib maşına zərbələr endirdi — VİDEO

AVTO 29 dek 2022, 15:22
Bakıda qoçu xanım sürücü peyda olub. 

Demokrat.az
xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda (Mazaır dairəsində) baş verib. Belə ki, 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib. Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr vurub. Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.

Sözügedən videonu təqdim edirik:


Avtosfer.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top