“Avtomobilin harada istehsal olunması vacib deyil. Vacib olan avtomobilin hansı keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsidir, hansı ölkələr üçün istehsal olunmasıdır. Çin avtomobilləri keyfiyyətsizdir demək doğru deyil”.
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O bildirib ki, Çin avtomobillərinə tələbat var və bu, təsadüfi deyil:

“Vaxtilə Azərbaycana gətirilən, ən çox satılan avtomobillər Rusiya istehsalı avtomobillər olub. Lakin Rusiyaya tətbiq edilən sanksiyalardan sonra bu ölkənin minik avtomobili sənayesi demək olar ki, çöküb və onun yerini Çin sənayesi tutub. Ona görə Azərbaycana gətirilən Çin avtomobillərinin sayında artım müşahidə edirik.
Çindən ölkəmizə gətirilən avtomobillər yenidir. Lakin bunlar iki istiqamətdə gətirilir: Azərbaycanda rəsmi nümayəndəliyi, istehsalçı zəmanəti olan, bir də qeyri-rəsmi, nümayəndəliyi olmayan avtomobillər. Tələb var və düşünürəm ki, bu tələb arta bilər. Qiymət baxımından cəlbedici olduğu üçün vətəndaşlar maraq göstərirlər. Lakin bu, o demək deyil ki, Çin avtomobilləri hazırda Azərbaycan avtomobil bazarında liderdir, bu, belə deyil. Aİ ölkələri, Cənubi Koreya, Yaponiya istehsalı avtomobillər hələ də ölkəmizə çox idxal olunur”.
Cavidan Mirzəzadə
Demokrat.az