"Azərbaycanın siyasi çəkisi Ermənistanla müqayisəyə gəlməyəcək dərəcədə çoxdur"

SOSİAL 28 dek 2022, 23:17
"Britaniyanın "Breksit" ilə Avropa Birliyindən çıxmasının tək səbəbi var idi, O da tarixi imperiya maraqlarına geri qayıtmaq, dünya hegemon güclərindən biri olmaq idi". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib. Politoloq qeyd edib ki, Avropa Birliyinin Britaniyanın əl-qolunu bağladığı şübhəsiz idi.

"Əslində, tarixən həmin dövlətlərin yaranmasında belə iştirak edən Böyük Britaniyanın siyasi ambisiyaları Avropa Birliyinin tərkibində kiçik  qalırdı. Odur ki, Böyük Britaniya bu birliyi tərk etdi. Britaniya hər zaman Azərbaycan üçün post ölkə olub. Bu özünü 44 günlük müharibə dövründə də, sonrakı dövrlərdəki proseslərdə də göstərib. Böyük Britaniya dəfələrlə BMT-nin TŞ qərarlarında Azərbaycanı dəstəkləyib və ona qarşı alınmaq istənilən qərarları bloklayıb.  Britaniya Mİ-6 kəşfiyyat idarəsinin rəhbəri Riçard Murun son İrəvan səfərinin Ermənistanı danışıqlardan yayındırması fikri hesab edirəm ki, yanlış fikirdir. Böyük Britaniyanın təbii ki, öz dövlət maraqları var və bu maraqlar çərçivəsində iki münaqişəli dövlətlə, yəni Azərbaycan və Ermənistanla əlaqələr yaradır. Amma, Azərbaycanın siyasi çəkisi Ermənistanla müqayisəyə gəlməyəcək dərəcədə çoxdur". 

Onun sözlərinə görə, Murun Ermənistana səfərinə daha çox Rusiya kontekstindən yanaşmaq doğru olardı:

"Bu səfərin daha çox Ermənistanın təhlükəsizliyi ilə əlaqəli olduğunu düşünürəm. Ermənistanın danışıqlardan yayınmasının səbəblərini kənarda axtarmaq lazım deyil. Erməni cəmiyyətindəki fikirlərə diqqət yetirmək kifayət edir. Belə ki, Ermənistanın danışıqlardan yayınması əlverişli siyasi vəziyyətin yaranmasını gözləməkdir. Ukrayna müharibəsi ilə əlaqəli Rusiyanın vəziyyəti, Türkiyədəki Prezident seçkilərinin nəticələri onlar üçün əhəmiyyətlidir.  Britaniya dərin dövlət ağlına malik ölkə kimi ehtimal etmək olar ki, əgər deyilənlərin doğru olduğunu nəzəri olaraq qəbul etsək, çalışa bilər ki, danışıqların uzanmasını və ya imtinasını Ermənistandan istəməklə regionda gərginliyi saxlamaq məqsədi güdə bilər. Bu da yenə Rusiya ilə əlaqəli istəkdir. Rusiya və BB-nın Ukrayna müharibəsi ilə əlaqəli münasibətlərinin kəskinləşməsi durumunda Rusiyanın cənub sərhədlərində gərginliyi saxlamaq Rusiya üçün əlavə güc itkisidir ki, bu da Qərbin və BB-nın  planları daxilində ola bilər".

Aynurə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top