Avropa klubları Ronaldodan buna görə imtina edir — SƏBƏB

İDMAN 25 dek 2022, 12:38
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun UEFA Çempionlar Liqasında çıxış edən klublara keçidinin hansı səbəbdən alınmadığı müəyyənləşib.

Demokrat.az offsideplus.az-a istinadən xəbər verir ki, əsas səbəb kimi 37 yaşlı forvardın noyabrın sonunda "Mançester Yunayted"i qalmaqallı şəkildə tərk etməsi göstərilib. Bu üzdən Avropa klublarının onun transferindən imtina etdiyi bildirilir. Məlumatı "The Times" nəşri yayıb.

Xəbərə görə təcrübəli oyunçunun Qətərdə keçirilən dünya çempionatında yığma komanadada əsas heyətdəki yerini itirməsi də bu keçidə əngəl olub.

Bundan başqa klublar portuqaliaylı ulduzun yaşını və maaş tələblərini göz önünə gətirərək, onun transferinin məqsədə uyğun olmadığına qərar veriblər.

Qeyd edək ki, Kriştiano Ronaldoun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalayacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top