Kiyevdə yerüstü elektrik nəqliyyatının işi dayandı

DÜNYA 23 dek 2022, 22:10
Kiyev hakimiyyəti yerüstü elektrik nəqliyyatının - tramvay və trolleybusların işini dayandırmaq qərarına gəlib.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qərar elektrik enerjisinin  çatışmazlığı ilə bağlıdır .

Bu barədə Kiyev meri Vitali Kliçko bildirib  ki, avtobuslar artıq yerüstü elektrik nəqliyyatının bütün marşrutları üzrə hərəkət edəcək.

"Kiyevlilərin tramvay və trolleybusların hərəkət etdiyi marşrutlarda daşınmasını təmin etmək üçün 222 avtobus yola düşüb. Bunlar trolleybusları əvəz edən əlavə 38 avtobus marşrutudur. 17 isə tramvayları əvəz etmək üçündür", - o deyib.

Kiyevdə bütün metro xətlərində isə  hərəkət bərpa edilib

Bildirilib ki, Kiyev metrosu pik saatlarda qatarların hərəkət intervalını azaldacaq.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top