Azərbaycanda qadınları fahişəliyə cəlb edənlər müəyyən olundu: adları açıqlandı...

KRİMİNAL 23 dek 2022, 13:07
Şirvan şəhərində bir neçə qadını fahişləyə cəlb edən şəxslərin barəsində cinayət işi açılıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Şirvan şəhər sakinləri – Qızbəs Cəfərova və Elnarə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci ((gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib. 

İttihama görə, Lalə gəlir əldə etmək məqsədilə bir neçə qadını kişi müştərilərlə görüşdürüb və maddi gəlir əldə edib.

Hər iki qadının barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilib. 

Cinayət işi araşdırılması üçün hakim Elçin Qurbanovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb. 

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top