Brüsseldə Avropa Parlamentinin 5 nəfər təmsilçisinin, o cümlədən sədrin müavini, yunan mənşəli Veva Keylinin korrupsiya ittihamları ilə saxlanılması və eləcə də 60 deputatın rüşvət alma ittihamına məruz qalacağı barədə səsləndirilən fikirlər Avropa demokratiyasının, deputatların iç üzünü açmış və haqdan, ədalətdən danışanların çirkin əməllərini bütün dünyaya nümayiş etdirməsidir.
Araşdırmalar və faktlar sübut edir ki, Veva Keyli başda olmaqla bir çox parlament üzvlərini erməni lobbisi, xüsusilə də erməni əsilli milyarder Kaspar Karapetyanla sıx əlaqələrə malikdirlər. Karapetyan bu deputatları himayə edir, onların uzun illər Ermənistana və Qarabağa səfərlərinin təşkilatçılarından biridir. O Veva Keyli ilə yaxın dostdur və tez - tez görüşürlər.
Etibarlı mənbələrin əsaslandırmalarına görə rüşvətin alınmasını və planlaşdırılmasını Keyli öz üzərinə götürüb və çirkin əməllərini xeyli müddət davam etdirmişdir. O, Parlamentdə antiazərbaycan mövqeyi ilə seçilən ən fəal deputatlardandır. “Daşnaksyutun” partiyasının təmsilçiləri ilə tez - tez görüşlər keçirən, bu partiyanın rəhbərləri ilə sıx təmasda olan xanım deputat öz çıxışları, hərəkətləri ilə daimi radikalların yanında olduğunu sübut etmiş, erməni rüşvəti ilə digər deputatları da ələ almışdır.
Yunanıstanın Türkiyə və Azərbaycana olan qeyri sağlam münasibətləri hər birimizə yaxşı məlumdur. Münasibətlərdə olan soyuqluq, təzadlar deməyə əsas verir, nəinki Keyli, Yunanıstanlı deputatlar, eləcə də ölkənin bir çox rəhbərləri də erməni puluna, yalanına uymuşlar. Belə olmasaydı Yunanıstan qardaş Türkiyəyə qarşı bu gün düşmən mövqeyində olmazdı, eləcə də Azərbaycanın haqq - ədalət mübarizəsinə səs verər, hər an təcavüzkar Ermənistanın yanında olduğunu nümayiş etdirməzdi.
Avropa Parlamentində korrupsiya qalmaqalı bir daha sübut etdi ki, bu qrum obyektik qərarlar verməyə, beynəlxalq normaları, insan haqlarını dəstəkləməyə qadir deyil və onun qəbul etdiyi bir çox sənədlər rüşvətlə mayalanmışdır. Belə olan halda bu qurumun Azərbaycan və Türkiyə barədə qəbul etdiyi əksər sənədlər erməni diktəsi, pulu ilə qəbul olunduğu üçün dəyərsizdir və əhəmiyyətini itirmişdir.
Avropalıların öz parlamentinə inamı demək olar ki, tamamilə sarsılmışdır. Onlar günahkarları müəyyən etməli və haqq divanına verməlidirlər.
Tahir Rzayev
Milli Məclisin deputatı