Göyçayda kişi ögey qızına zorakılıq etdi — Polis araşdırmalara başladı

HADİSƏ 31 mart 2025, 23:00
Göyçay rayonunda kişi ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.

Demokrat.az
Teleqraf-a istinadən xəbər verir ki, rayon ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top