Abşeron rayonunda 2005-ci il təvəllüdlü Əhəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əhmədə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Digah qəsəbəsində baş verib. Əhəd qəsəbədə yerləşən qəbiristanlığın yaxınlığında Əhmədin təşəbbüsü ilə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində, yəni, hadisədən bir gün əvvəl sonuncu tanışı ilə onun qardaşı arasında yaranmış mübahisəyə aydınlıq gətirərkən Əhməd tərəfindən yumuruq və təpik zərbələri ilə sol kürək, qarın və sol baldır nahiyyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirildiyi üçün cibində gəzdirdiyi cib bıçağını çıxararaq ona iki dəfə qəsdən zərbə endirib. Hadisə nəticəsində Əhmədə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əhədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Əhmədi qəsəbə sakini kimi tanıyıb: “Mən hadisə günü evdə olmuşam. Səhər saat 10:00-da mənə Əhməd zəng edərək qardaşımın başqa sinfə daxil olaraq narahatlıq yaratdığını dedi. Mən də cavabımda qardaşımın elə bir şey etməyəcəyini, əgər edibsə, üzr istədiyimi dedim. Qardaşım axşam evə gələndə ondan nə baş verdiyini soruşdum. Qardaşım da sinfə daxil olduğunu, narahatlıq olar deyə onu sinifdən çıxararaq sonra zəng etdiklərini bildirdi. Qardaşıma üzr istədiyimi dedim. Qardaşım isə zəngdən sonra ona qarşı təhqiredici ifadələr işlətməyə başladıqlarını bildirdi. Qardaşımın bu sözlərinə görə Aminə zəng etdim. Amin baş verən hadisə ilə bağlı məndən üzr istədi. Aminə bildirdi ki, Əhməd onunla əlaqə saxlayacaq. Əhməd gələrək məni götürdü. Biz görüşdük. Həmin vaxt iş üzrə şahidlər də orada olub. Şahidlər də bizdən 500-600 metr uzaq məsafədə dayanmışdılar. Əhmədlə aramda mübahisə yaranmağa başladı. Əhmədlə dalaşaraq əlbəyaxa olduq. Daha sonra yerə yıxıldım. Hadisə vaxtı mənim üstümdə bıçaq olub. Yıxıldıqdan sonra 2 dəfə Əhmədə vurmuşam. Sonra isə uşaqlara Əhmədi vurduğumu bildirdim. Onlar Əhmədi xəstəxanaya apardı. Mən isə hadisə yerindən uzaqlaşdım və daha sonra təslim oldum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əhmədin sözlərinə görə, təqsirləndirilən Əhədi yaşadığı qəsəbə sakini kimi tanısa da, onunla yaxın münasibəti olmayıb: “18 mart 2023-cü ildə, saat 13 radələrində yaşadığım evdə olduğum vaxtı Bakı şəhərində yaşayan dostum Tağı mənə zəng etdi və məni qəsəbədəki məktəbin həyətinə çağırdı. Mən də “Kia” markalı maşınıma minərək həmin yerə getdim. Tağı mənim maşınıma mindi, Əhədin qardaşı Nihadın onun məktəbin 10-cu sinfində oxuyan qız qohumuna sataşdığına görə Nihadla danışdığını, həmin vaxtı dostu Amin də yanında olduğunu bildirdi. Mən bunu eşidən kimi əsəbləşdim və maşınından yerə düşərək Əhədin qardaşı Nihadı çağırdım, birdə belə hərəkət etməməsini söylədim. Həmin vaxtı Tağı da Aminlə birlikdə Nihadı buna görə tənbeh etdiklərini deyərək mənə bu işə baş qoşmamağı söylədi. Mən də maşınıma minərək oradan getdim”.
Zərərçəkmiş qeyd edib ki, ertəsi günü, yəni martın 19-da, saat 17 radələrində Bakı şəhərində dostu Tağının yaşadığı evdə olduğu vaxtı Amin onlara zəng edib və Əhədin bir gün əvvəl qardaşı Nihadla olan söhbətə görə dostları ilə birlikdə yaşadıqları qəsəbədəki “Xudafərin” kafesinin arxasına çağırıb, üstünə bıçaq çıxarıb, üzr istətdirdiklərini söyləyib: “Biz də bunu eşidən kimi birlikdə qəsəbəyə getdik. Mən Əhədə zəng edərək onunla görüşmək istədiyimi bildirdim. Əhəd də məni “Xudafərin” kafesinin yanına çağırdı. Mən də maşınıma minərək Tağı ilə birlikdə həmin yerə getdim. Az sonra Əhəd dostu Əfsun və Sənanla yanıma gəldi. Əhədlə söhbətimdə başqa şəxslərin olmaması üçün sonuncuya təklif etdim ki, maşına əyləşsin və gedərək bir qədər aralıda söhbət edək. Buna görə də Tağıya da dedim ki, maşından düşsün, orada məni gözləsin və Əhədlə ikilikdə söhbət etmək istəyirəm. Əhəd də razılaşaraq maşınına mindi. Tağı isə maşından düşərək orada qaldı”.
Əhmədin ifadəsinə görə, daha sonra maşınını qəsəbənin ərazisindəki “Yuxarı qəbiristanlıq” adlanan qəbiristanlığın kənarı ilə gedən yola tərəf sürüb və dostlarının olduğu yerdən təxminən 500-600 metr aralanıb: “Maşını heç kimin olmadığı yerdə saxladım. Hər ikimiz maşından yerə düşdük. Mən söhbət etmək üçün Əhədə yaxınlaşdım və Aminlə aralarında nə baş verdiyini soruşdum. Sonuncu da bir gün əvvəl onun qardaşı Nihada irad bildirməyi bəhanə etdi, mənimlə mübahisə etməyə başladı və üstümə gəldi. Mən sonuncunun yaxasından tutaraq fənd işlədərək ayağım ilə ayağına vurdum. Həmin vaxt hər ikimiz yerə yıxıldıq. Əhəd isə mənim altımda qaldı. Mən Əhədi buraxaraq yerdən ayağa durmaq istəyəndə gözləmədiyim halda Əhəd arxadan sağ tərəfimdən məni bıçaqla vurduğunu hiss etdim. Mən əlim ilə sağ tərəfimi tutdum və yaramdan qan axdığını gördüm. Həmin vaxtı Əhəd yerdən qalxaraq üstünü təmizlədi. Mən yaramdan axan qanın artdığını göərək Tağıya zəng etmək istədim. Həmin vaxtı Tağının qaçaraq yanıma gəldiyini gördüm. Başa düşdüm ki, Əhəd özü zəng vuraraq mənə kğmək etmələri üçün çağırıb. Tağı yaxınlaşaraq xəsarət aldığımı gördü və cəld maşina əyləşdirərək birlikdə oradan uzaqlaşdıq. Birtəhər Binəqədi qəsəbəsindəki təcili tibbi yardım məntəqəsinə gəldik. Oradan da həkimlər məni təcili tibbi yardım maşını ilə “Semaşko” xəstəxanasına apardılar”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az