“Melissa Group”la bağlı daha bir xəbər: Sahibi və adı dəyişir?

GÜNDƏM 01 aprel 2025, 23:13

Xəbər verdiyimiz kimi,bir neçə gün əvvəl “Melissa Group” tikinti şirkəti Bakının Alatava yaşayış massivində vətəndaşın evini uçurub. Bundan sonra şirkətin rəhbəri Qalib Məmmədov bir ay müddətinə həbs edilib.

 Şirkətin sonrakı fəaliyyəti isə müzakirə obyektinə çevrilib. Əksəriyyət qurumun ləğv edilməli və ya fəaliyyətinin araşdırılmalı olduğunu bildirir.

Hüquqşünas Əkrəm Həsənov deyib ki, şirkətin ləğv edilməsi real görünmür

“Melissa Group”un idarə etdiyi, hələ də tikilən binalar var. Ona görə ləğv istiqamətində hər hansı qərarın olacağını düşünmürəm. Amma şirkətin sahibinin dəyişdirilməsi mümkündür. Hətta bu ehtimal böyükdür. Ardınca qurumun adı ilə bağlı da addım atıla bilər. Lakin aktivləri biznes kimi qalacaq”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda özbaşınalıq edən tikinti şirkətləri çoxdur:

“Camaatın evini qanunsuz söküb-dağıdan şirkətlər az deyil. Nədənsə bu şirkətə qarşı belə sərt tədbirlər görüldü. Təbii ki, doğru yanaşma idi. Görünür, burada başqa səbəblər də mövcuddur”.

Globalinfo.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top