
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən enerji infrastrukturuna hücumların davam etdiyi iddiasına görə Rusiyaya qarşı yeni sanksiyalar gözlədiyini deyib.
Onun sözlərini “European Truth” nəşri yazıb.
Ukrayna liderinin sözlərinə görə, enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı Ər-Riyadda əldə olunan razılaşmalar kontekstində Moskvaya qarşı sanksiya təzyiqinin artırılması məqamı yetişib.
“Çünki mən inanıram ki, ruslar Amerikaya verdikləri vədləri, ən azı Amerikanın bizə və ictimaiyyətə dediklərini pozdular. Və həqiqətən ümid edirik ki, Prezident Tramp Rusiya tərəfinə sanksiya təzyiqini artırmaq üçün bütün lazımi alətlərə malikdir”, - Zelenski bildirib.(qafqazinfo.az)