Dəmiryol xəttinə qəfil çıxan piyadanı qatar vurdu — RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)

HADİSƏ 01 aprel 2025, 11:51
Bu gün saat 08:31-də ADY-yə məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat daxil olub. 

Bildirilir ki, maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb:

"Qatar hərəkətinə gecikmə ilə davam edib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər".


***09:25

Sumqayıtdan Bakıya gələn sürət qatarı bir nəfəri vurub. 


Demokrat.az xəbər verir ki, nəticədə qatarın qarşısına çıxan şəxs xəsarət alıb. 

Onun kimliyi hələlik bəlli deyil. Xəsarət alan şəxs ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. (Musavat.com) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top