
Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam Birləşmiş Ərəb Əmirliyində istirahət edir.
Axşam.az-ın məlumatına görə, ifaçı çimərlikdə dincələrkən çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb.
Xatirənin qırmızı dərin sinə dekolteli və uzun yarıqlı libası müzakirə yaradıb. Bəzi sosial media izləyiciləri bir müddət əvvəl onun həmkarları Sevil və Sevinc Səfərova bacıları haqda "Oğluma onları almazdım, qısa geyinirlər" sözlərini xatırladaraq Xatirəni paltarına görə tənqid ediblər.







