Günəşdə bir sıra güclü partlayışlar qeydə alındı

DÜNYA 31 mart 2025, 21:25
Günəşdə sondan əvvəlki güc sinfindən olan üç partlayış qeydə alınıb.

Demokrat.az
-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Martın 31-də Moskva vaxtı ilə saat 1:50-də (Bakı vaxtı ilə 2:50 - red.) 4048 (S15E68) günəş ləkələri qrupunda rentgen diapazonunda 13 dəqiqə davam edən "M1.4" partlayışı qeydə alınıb", - institutdan bildirilib.

Həmçinin Moskva vaxtı ilə saat 2:19-da (Bakı vaxtı ilə 3:19 - red.) "M1.5", Moskva vaxtı ilə saat 2:48-də (Bakı vaxtı ilə 3:48 - red.) isə "M1.0" partlayışı baş verib.

Bildirildiyinə görə, martın 28-dən 31-dək 50-dən çox partlayış baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top