Forbes ən varlı məşhurların adlarını açıqlayıb

DÜNYA 01 aprel 2025, 21:43
Dünyanın ən varlı məşhurları siyahısına amerikalı rejissor və prodüser Stiven Spilberq başçılıq edir. 

Demokrat.az
xəbər verir ki, "Forbes" jurnalı dollar milyarderlərinin 39-cu illik reytinqini dərc edib. 

Rejissorun sərvəti 5,3 milyard dollar qiymətləndirilir. Nəşr vurğulayır ki, Spilberq ilk dəfə ən varlı amerikalılar siyahısına hələ 1994-cü ildə daxil olub.Rejissor Corc Lukas Forbes reytinqində ikinci yeri tutub. Onun sərvəti 5,1 milyard dollar qiymətləndirilir.

İlk üçlüyü 3,5 milyard dollar sərvəti ilə basketbolçu Maykl Cordan tamamlayır. 

Bundan əvvəl ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət edən amerikalı sahibkar İlon Maskın dünyanın ən varlı adamı kimi tanındığı bildirilirdi.

Forbes-in məlumatına görə, Maskın sərvəti 342 milyard dollar qiymətləndirilir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top