Avropa Ukraynanın Aİ-yə daxil olma tarixini açıqlayıb

DÜNYA 01 aprel 2025, 21:48
Litvanın xarici işlər naziri Kestutis Budris Ukraynanın Avropa İttifaqına üzvlüyünün tamamilə əldə edilə biləcəyini bildirib. 

Demokrat.az
xəbər verir ki, bu barədə  sözlərini RBC məlumat yayıb.

"Biz inanırıq ki, bu, tamamilə əldə edilə bilər.  İnanırıq ki, biz Ukraynanın 2030-cu il yanvarın 1-də Aİ-yə üzv olmasını təmin edə bilərik", - deyə Budris bildirib. O vurğulayıb ki, bu məqsədə çatmaq üçün Kiyev çox böyük iş görməli olacaq.

Fevral ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmasına icazə verib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top