"Çin istehsalı" göydələnin niyə çökdüyü araşdırılır

DÜNYA 01 aprel 2025, 22:07
Tailand zəlzələlərə tab gətirmək üçün nəzərdə tutulmuş "Çin istehsalı" göydələnin niyə çökdüyünü araşdırır. 

Demokrat.az
xəbər verir ki, Taylandda Banqkokda yeni tikilmiş Milli Audit İdarəsinin binasının uçmasının səbəbləri ilə bağlı araşdırma aparılır. İÇin-Tay konsorsiumu tərəfindən inşa edilən 30 mərtəbəli binanın 7,8 bala qədər zəlzələyə davamlı olduğu elan edilməsinə baxmayaraq, dağılıb. Mülkiyyətin dəyəri 61,4 milyon dollar təşkil edib.

Tailandın daxili işlər naziri Anutin Çarnvirakul hadisəni araşdırmaq üçün xüsusi komitə yaradıb və məqsədi yeddi gün ərzində işi başa çatdırmaqdır.

Komissiyaya İctimai İşlər Departamentinin aparıcı mühəndisləri və müstəqil ekspertlər daxil edilib Memarların, tikinti müfəttişlərinin və podratçıların fəaliyyətinin yoxlanılmasına xüsusi diqqət yetiriləcək, məsuliyyətin Tailand və Çin tərəfləri arasında bölüşdürülməsi gözlənilir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top