Prezidentin Misir səfəri və Bakı-Qahirə əlaqələrinin dərinləşməsi — TƏHLİL

SİYASİ 10 iyun 2024, 10:50
Prezident İlham Əliyevin Misirə səfəri həm iki ölkə arasındakı yüksək əlaqələrdən, həm də Azərbaycanın ərəb dünyası ilə sıx əməkdaşlığından xəbər verir. Misir Azərbaycan üçün Afrika qitəsində də mühüm ölkələrdəndir. Təsadüfi deyil ki, Azərbaycanın Afrika qitəsində ilk səfirliyi məhz Misirdə fəaliyyətə başlayıb.

Azərbaycan və Misir əlaqələrinin zəngin tarixi var. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 1991-ci ildə rəsmi Qahirə Azərbaycanın müstəqilliyini tanıdı, 1992-ci ildə diplomatik münasibətlərin yaradılması ilə bağlı protokol imzalandı. 1993-cü ildə Misirin Bakıda, 1994-cü ildə isə Azərbaycanın Qahirədə səfirliyi fəaliyyətə başlayıb.

İki ölkə arasındakı əlaqələr ulu öndər Heydər Əliyevin dövründə böyük ölçüdə inkişaf etdi. Heydər Əliyevin ilk səfərlərindən biri də məhz Misirə olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də Azərbaycan-Misir əlaqələri inkişaf edib. İki ölkə təkcə ikitərəfli münasibətlər qurmur, həm də beynəlxalq təşkilatlarda bir-birinə ciddi dəstək verir. İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında qarşılıqlı dəstək bunun bariz nümunəsidir. Misir Qarabağ məsələsində də daim Azərbaycana dəstək verib.

Hazırda Qahirə-Bakı münasibətlərinin “qızıl dövrünü” yaşadığını deyə bilərik. Bundan əvvəl Misir Prezidenti Sisi ölkəmizdə səfərdə olmuşdu, Prezident İlham Əliyevin Misirə səfəri də bunun məntiqi davamıdır, həm də ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi hesab oluna bilər.

İki ölkə arasında siyasi müstəvidə olduğu kimi, iqtisadi sferada da əməkdaşlıq dərinləşir. Tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. Prezident İlham Əliyevin Misirə səfəri zamanə energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub. 

Misir 100 milyondan artıq əhalisi olan böyük bazar və strateji coğrafiyada yerləşən, o cümlədən, Afrika Yaxın Şərq və digər regionlara əlverişli çıxış imkanları olan böyük dövlətdir. Belə bir ölkə ilə münasibətlər Azərbaycana həm siyasi, həm iqtisadi dividentlər gətirir.

Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə əməkdaşlıq yüksək səviuyyədədir. Prezident İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü, onu COP29 tədbirində iştirak üçün ölkəmizə dəvəti belə nümunələrdəndir. Misir və Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə və mötədil İslamın inkişafına mühüm töhfə verirlər. Bu məqam Azərbaycan-Misir əlaqələrində xüsusi xətlə keçir. 

Azərbaycan İslam həmrəyliyinə daima xüsusi diqqət ayırıb. Azərbaycanın Fələstin məsələsində də həmişə ədalətli və prinsipial mövqeyi bunu əyani şəkildə göstərir. Azərbaycan Fələstin məsələsinin 1967- i il sərhədləri şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdafıdır. Azərbaycan QH sədri olarkən də bu prinsiplərin təşviqinə daim töhfə verib. Son zamanlar irəli sürülən bəzi iddialara baxmayaraq, Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhamiyyəti var. Prezident İlham Əliyev bəyan etdi ki, Əliyev Sisi ilə görüşdə bəyan etdi ki, müstəqil Fələstin Dövləti qurulmalı, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada baş verənləri faciə adlandıran Prezident müharibənin dayandırılması, danışıqların başlanması çağırışı edib. Bu, Azərbaycanın Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərginlənməsi, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır.

Ümumilikdə Azərbaycanın xarici siyasəti dünyada bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönəlib. Bu, siyasi kursun uğurlu olduğu dəfələrlə təsdiq edilib. Azərbaycanın istər ABŞ, istər Rusiya, həmçinin region ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq istiqamətində mühüm addımlar atır. Prezident İlyam Əliyevin Misir səfəri Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi. Eyni zamanda, ərəb dünyasından Azərbaycana gələn dəstək bununla daha da gücləndi.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top