Ermənistanda "Qartal tərəfdaşlığı - 2026" hərbi təlimləri başlayıb.
ABŞ, Fransa, Yunanıstan və Ermənistan hərbçiləri "Eagle Partner - 2026" (Qartal tərəfdaşlığı - 2026) təlimlərinə başlayıblar.
Təlimlər Ermənistanda keçirilir. Təlimlərin 17-25 iyun tarixləri arasında keçiriləcəyi bildirilir.
Rəsmi məlumatlara görə, təlimlər "sülhməramlı missiyaların hazırlanması, habelə humanitar aksiyaların və fövqəladə hallar zamanı təhlükəsizliyin qorunması və həyata keçirilməsi üzrə fəaliyyətləri" əhatə edəcək.
Xatırladırıq ki, təlimlər ilk dəfədir ki, dördtərəfli formatda keçirilir. Ermənistan və ABŞ arasında “Qartal tərəfdaşı” təlimləri ilk dəfə 2023-cü ilin sentyabrında Ermənistanda keçirilib, sonuncu dəfə isə 2025-ci ilin avqustunda keçirilib.
Burada diqqətçəkən əsas nüans ondan ibarətdir ki, təlimlərin iki iştirakçısı - Yunanıstan və Fransa illərdir regionda və dünyada Türkiyənin təsirinin artmasından ən çox narahat olan və bu təsirin zəifləməsi üçün əllərindən gələni edən dövlətlərdir. Bir az da dərinə getsək, görərik ki, hətta ABŞ administrasiyası da bu məsələdə dolayı yollarla Afina və Parisin bu siyasətinə dəstək verib.
Vətən Müharibəsi ərəfəsində və ondan sonra, Ermənistandakı reaksion qüvvələrə, onların Azərbaycan və Türkiyə əleyhinə apardıqları qara propaqandaya ən çox dəstək verən ölkələr də elə məhz Fransa və Yunanıstandır. Hazırda hər iki ölkənin Rusiyanın mövqelərinin getdikcə zəifləməkdə olduğu Ermənistandakı oyunları Bakının və Ankaranın diqqət mərkəzində olmalıdır.
Məntiqi sual doğur: əgər erməni elitası erməni cəmiyyətini sülhə hazırlayırsa, münaqişənin tam olaraq bitməsini istəyirsə, onda regionu qarışdırmaq niyyətini heç vaxt gizlətməyən bu ölkələrlə yaxınlaşmaqda hansı məqsədlər güdür? Həm də nəzərə alsaq ki, bu yaxınlaşma sırf hərbi sahə ətrafında baş verir, o zaman buradakı incə məqamlar daha geniş və ətraflı analiz tələb edir. Ermənistan unutmamalıdır ki, region ölkələrinin ümumi marağını təhlükə altına atmaq onun tarixi sonu ola bilər. Çünki regionda həyata keçirilən layihələrin ümumi həcmi və maliyyə dəyəri Ermənistanın özündən qat-qat daha böyük və daha bahalıdır. Növbəti geosiyasi səhv İrəvan üçün fəlakətlə sonlanacaq. Ona görə ki, regionun yeni geosiyasi konstruksiyasında çaşdırıcı ikiüzlü siyasət yürütmək, aldadıcı manevrlər etmək üçün heç bir məkan və imkan saxlanmayıb. Sülhdə də, müharibədə də hər tərəfin ancaq bir yolu qalır - ya regiondakı real vəziyyətə uyğun olaraq yaşayırsan, ya da regionun xəritəsindən subyekt olaraq birdəfəlik silinirsən. Başqa yol yoxdur.
Qeyd edək ki, Egey və Aralıq dənizi hövzələrində İsrail başda olmaqla Türkiyənin əleyhinə yeni blok formalaşmaqdadır. Bir həftə əvvəl ABŞ-nin Hyuston şəhərində ABŞ, Cənubi Kipr, Yunanıstan və İsrail arasında imzalanan Niyyət protokoluna görə, Aralıq dənizinin şərqində, İsrail və Cəbuni Kiprin məhəlli sualarında neft və qaz axtarışları aparılacaq və hasil olunacaq enerji Egey dənizinin dibi ilə, Yunanıstandan keçməklə Avropaya nəql ediləcək. Niyyət protokolunu yunan Kiprinin enerji naziri Michael Damianos, Yunanıstanın enerji naziri Stavros Papastavrou, İsrailin ABŞ-dakı səfiri Yeçiel Leiter və ABŞ enerji naziri Kris Vriqt imzalayıblar.
Xatırladırıq ki, bu addımdan sonra, Türkiyə və Misir arasında da ortaq HHQ təlimləri başladı. Misirə gələn Türkiyə HHQ-nin F-16 qırıcıları Misir HHQ-nin qırıcıları ilə Aralıq dənizi üzərində birgə təlim uçuşları keçirdilər. Hadisə İsrail mətbuatında və ekspert dairələrində böyük müzakirəyə səbəb oldu. İsrailli hərbi ekspertlər Ankara və Qahirənin ortaq manevrlərini İsrailin bölgədə yaratdığı yeni şər blokuna cavab kimi dəyərləndirirlər. İrandakı siyasi rejimi yıxmaq üçün ABŞ-ni oyunun içərisinə tam daxil edə bilməyən Tel-Əviv, indi də ABŞ ilə Türkiyənin arasını açmaq və bölgədə yeni gərginlik ocağı yaratmağa can atır. İran məsələsində ABŞ-nin son mövqeyi İsraili məyus etdi, Vaşinqton isə bu məsələdə öz maraqlarından çıxış edərək müharibəni uzatmadı və Tehranla sövdələşmə yolunu seçdi.
Bir sözlə, İran körfəzi, Aralıq və Egey dənizi hövzələrində baş verən proseslərin bir ucu artıq Cənubi Qafqaza çatıb. Regionda sülhün bərqərar olunmasına ümidlərin artdığı bir zamanda, Ermənistan rəhbərliyinin yenidən bölgəni geosiyasi qarşıdurmaya çevirə biləcək addımları gələcək təhlükələrdən xəbər verir. Orta Dəhlizin kilid ölkəsi Türkiyə yeni şər üçlüyünün hədəfindədir. Turan Yolu kimi dəyərləndirilən Zəngəzur dəhlizinin Türk dövlətlərini dünyaya çıxaracağı son duracaq olan Türkiyənin qarışması üçün qaranlıq güclər yenidən düyməyə basıblar. Bu planın baş tutacağı təqdirdə isə, Orta Dəhliz üzərindən qurulmuş bütün iri layihələr birbaşa təhlükə altına düşür və bu ssenarinin həyata keçirilməsi TDT ölkələrini sözün əsl mənasında blokada vəziyyətində qoya bilər. Şimal yolu (Rusiya) müharibəyə görə illərdir bağlıdır. Cənub yolu ətrafında isə ciddi çəkişmələr hələ də davam edir. Qalan yeganə yol Azərbaycanın canlandırdığı və dünyaya yenidən qazandırdığı Böyük İpək Yoludur. Bu yol Şərqi Türküstandan başlayıb İstanbula qədər uzanan Turan Yoludur. Unutmamalıyıq ki, bu yol Türk Dünyasının birləşməsi, güclənməsi, tarixi birliyini və nüfuzunu qaytarmaq üçün əsas silahıdır. Bu yol Turanın əsas atributudur!
Alparslan
Demokrat.az