
Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə yaz çağırışı haqqında fərman imzalayıb.
Demokrat.az-ın TASS-a istinadən məlumatına görə, sənəd rəsmi olaraq dərc edilib.
"2025-ci il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18-30 yaş arası Rusiya vətəndaşlarının 160 000 nəfər sayında hərbi xidmətə çağırılmasını həyata keçirmək", - deyə fərmanda bildirilir.
Qeyd edək ki, 2024-cü ildə yaz çağırışı 150 000 nəfəri, 2023-cü ildə 147 min nəfəri, 2022-ci ildə isə 134 500 nəfəri əhatə edib. Artım Putinin Rusiya ordusunun sayının mərhələli şəkildə artırılması haqqında fərmanlarının həyata keçirilməsi ilə bağlıdır. 2022-ci ilin əvvəlində Rusiyada təxminən 1 milyon hərbçi olub. Üç il ərzində ştat sayı 1.5 milyon nəfərə qaldırılıb.