Tanınmış müğənni Dmitri Odnorojenko könüllü olaraq Ukrayna ordusuna yollanıb.
Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Heytspeech” qrupunun vokalisti özü sosial şəbəkə hesabında məlumat verib.
D.Odnorojenko 2022-ci ildə Odessada “Heytspeech” rok qrupunu yaradıb. Onun ən uğurlu mahnısı 4 milyona yaxın pərəstişkarı tərəfindən dinlənilən “I'll beat all gods” trekidir.
Yada salaq ki, daha əvvəl məşhur komediya aktyoru İqor Lastoçkin də Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.