Hacıqabul rayonunda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım mərasimi keçirilib.
Demokrat.az xəbər verir ki, 31 mart 2025-ci il tarixində Hacıqabul rayonunda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak edirdi. Tədbir iştirakçıları tərəfindən rayonun Şəhidlər xiyabanında ucaldılmış abidə kompleksi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsi dərin ehtiramla anılıb.
Zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız zaman-zaman müstəqilliyə gedən yolda öz əzəli düşmənləri tərəfindən faciələrə, deportasiyalara və soyqırımlara məruz qalıb. Əgər 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikası xalqımıza mart soyqırımı qurbanlarının qanı bahasına başa gəlmışdirsə, 1991-ci il müstəqilliyimizin bərpası tarixə 20 yanvar şəhidlərinin qanı ilə yazılıb.
1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni vəhşiliyinin qurbanı olmuşdur. Bakıda, Qubada, Qusarda, Şamaxıda, Hacıqabulda, Salyanda, Lənkəranda, Qarabağda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, demək olar ki, bütün Azərbaycan ərazisində xalqımıza qarşı soyqırımı törədilmiş, daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlar həyata keçirilib.
Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Qürurverici məqam ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqı zaman-zaman əzəli düşmənimiz tərəfindən törədilən deportasiya, soyqırım və işğal niyyətinə Dəmir Yumruqla cavab verərək torpaqlarımızın böyük bir hissəsini düşmən tapdağından azad etdi. 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları nəticəsində doğma torpaqlarımızda separatizmin beşiyi ələ keçirildi, separatçılar həbs olunaraq istintaq orqanlarına təhvil verildilər. Qarabağın digər əraziləri kimi Xankəndi şəhərində Azərbaycan bayrağı qaldırıldı, əli günahsız Azərbaycanlıların qanına batmış Stepan Şaumyanın adı tarixə qovuşdu.