Xankəndidən Bakıya çoxsaylı zənglər var — VİDEO

QARABAĞ 21 dek 2022, 09:48
Qarabağda yaşayan ermənilər üçün yaradılan "qaynar xətt"ə indiyə qədər çox sayda zəng daxil olub.

Yüzlərlə erməni Bakıya zəng vuraraq Laçın yolunun niyə bağlı olduğunu soruşub. Zəng edən ermənilər məsələ ilə bağlı bizim məqsəd və məramımızı öyrənməyə çalışırlar. Təbii ki, həmin şəxslərə izah olunur ki, yolu biz bağlamamışıq.

Bunu Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"-nin rəhbəri Dilarə Əfəndiyeva deyib.

Laçın-Xankəndi yolunda etiraz aksiyasının təşkilatçlarından biri olan hüquq müdafiəçisi Dilarə Əfəndiyeva deyir ki, aksiyanın ilk günündən məlum oldu ki, proses uzanacaq.

"Çünki sülhməramalı qoşunlar tələblərə cavab vermirdi, biz də öz fikrimizdə qəti idik. Aksiya uzandıqca sülhməramlılar yolu bağladılar və mən fikirləşdim ki, Qarabağda yaşayan ermənilər arasında humanitar problem mövcud olacaq”-D.Əfəndiyeva deyir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top