Həmid Həmidov: “Azərbaycan vətəndaşlarının Azərbaycan ərazisindəki obyektlərə buraxılmaması absurddur” — VİDEO

XARİCİ SİYASƏT 18 dek 2022, 17:51
“Bu aksiya yalnız bir nəticəyə gətirib çıxarmalıdır: Azərbaycanlı ekoloqlar qanunsuz hasilatla bağlı monitorinqlər aparmaq üçün mədənlərə buraxılmalıdırlar”.

Bunu CBC telekanalının efirində “Global Media Group”un media direktoru Həmid Həmidov bildirib.

O, vurğulayıb ki, məsələnin digər həll variantı mövcud deyil.

“Azərbaycanlı ekoloqlar ölkəmizin öz ərazisində yerləşən obyektlərə buraxılmalıdırlar. Çünki, Azərbaycan vətəndaşlarının Azərbaycan ərazisində olan obyektlərə daxil ola bilməməsi və orada lazımi yoxlamaları aparmaq imkanından məhrum edilməsi sadəcə absurddur. Hazırda onların yolunu, sülhməramlılar belə olsa, faktiki olaraq üçüncü ölkənin ordusu kəsib ki, bu da yolverilməz haldır”, - deyə jurnalist bəyan edib.

H.Həmidov əlavə edib ki, ekoloqlarımız həmin mədənlərə nə qədər tez buraxılsalar, oradakı vəziyyəti də bir o qədər tez qiymətləndirmək mümkün olacaq.

Daha ətraflı CBC-in videomaterialında:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top