Aİ Rusiyanın bir neçə nazirinə sanksiya tətbiq etdi

DÜNYA 16 dek 2022, 23:47
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiya paketində bir neçə nazirə və nüfuzlu şəxslərə qarşı sanksiya tətbiq edib.

Bu barədə Aİ-nin rəsmi jurnalı məlumat yayıb.

İttifaq, fövqəladə hallar naziri Aleksandr Kurenkov, mədəniyyət naziri Olqa Lyubimova, təhsil naziri Sergey Kravtsova qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Siyahıda Boris Korçevnikov, Marina Kim, Qriqori Leps, Dmitri Puçkov, Nikita Mixalkov da yer alıb.

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.

Həmçinin, Moskva Kredit Bankı, Ümumrusiya Regional İnkişaf Bankı və Uzaq Şərq Bankına qarşı sanksiyalar tətbiq edilib.

Bundan başqa, sanksiya siyahısına elm və ali təhsil naziri Valeri Falkov, təbii sərvətlər naziri Aleksandr Kozlov, əmək naziri Anton Kotyakov və ədliyyə naziri Konstantin Çuyçenko da daxildir.

Avropa İttifaqı həmçinin Vahid Rusiya, Liberal Demokrat Partiyası, Rusiya Federasiyası Kommunist Partiyası və Yeni Xalq siyasi partiyalarına qarşı da sanksiyalar tətbiq edib.

Ümumilikdə 174 nəfər və təşkilat yeni sanksiyalara məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top