Ukraynanın bütün yerlərində işıqlar söndü

DÜNYA 16 dek 2022, 19:32
Ukrayna prezident aparatının rəhbər müavini bütün Ukraynada  elektrik enerjisinin kəsilməsini elan edib.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Rusiya raketlərinin enerji infrastrukturu obyektlərini vurması səbəbindən bütün Ukraynada elektrik enerjisinin fövqəladə kəsilməsi baş verir. 

Bu barədə prezident Vladimir Zelenskinin aparat rəhbərinin müavini Kirill Timoşenko Telegram-da məlumat verib .

“Ukraynanın bir sıra regionlarında elektrik obyektlərində baş verən qəzalarla əlaqədar bütün ölkə ərazisində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq olunur. Sizdən elektrik enerjisinin kəsilməsinə və su və istilik təchizatında müvəqqəti azalmalara anlayışla yanaşmanızı xahiş edirik”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Ukraynanın Kirovoqrad vilayətinin başçısı Andrey Raykoviç demişdi ki, hakimiyyət enerji obyektlərində baş verən qəzalara görə elektrik enerjisini kəsib və regionda enerji tamamilə kəsilib. Eyni zamanda o, vətəndaşları hava hücumları bitənə qədər sakit olmağa və sığınacaqlarda qalmağa çağırıb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top