Cəlilabadda qadın ərinin dərmanını içərək zəhərlənib

HADİSƏ 15 dek 2022, 22:28
21 yaşlı qadın həyat yoldaşının dərmanını içərək zəhərlənib.

APA-nın məlumatına görə, hadisə Cəlilabad rayonun Maşlıq kəndində baş verib.

2001-ci il təvəllüdlü G. Quliyeva həyat yoldaşının psixotrop dərmanlarını qəbul edib. Dərmandan zəhərlənən qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Onun dərmanı intihar məqsədilə ya bilməyərəkdən qəbul etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top