Şuşadan son xəbər: Aksiya iştirakçıları Volkovun gəlişini tələb edirlər — VİDEO

GÜNDƏM 12 dek 2022, 12:35
Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Yenisabah.az xəbər verir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əraziyə hərbi texnika və canlı qüvvə cəlb ediblər.

Buna baxmayaraq, aksiya davam edir və iştirakçılar geri çəkilmək barədə düşünmürlər. 

Hadisə yerində olan tanınmış jurnalist Niyaz Niftiyev "Yeni Sabah"a bildirib ki, ərazidə 3 çadır qurulub və onlar tələbləri yerinə yetirilənə kimi etiraz aksiyasını davam etdirmək niyətindədirlər. 

N.Niftiyev deyib ki, bir saatdan çoxdur ki, yolu bağlı saxlamağa nail olublar. Onun sözlərinə görə, Xankəndi-Laçın yolunda, sülhməramlıların postu qarşısında keçirilən aksiya sülhməramlı kontingentin ciddi narahatlığına səbəb olub. Artıq Qarabağdakı Rusiya sülhməramlılarının yüksək rütbəli zabitləri hadisə yerindədirlər və yolun açılması üçün danışıqlar aparılır. 

Jurnalist qeyd edib ki, onlar hadisə yerinə Rusiya sülhməramlılarının Qarabağdakı komandiri general-mayor Andrey Volkovun gəlməyini tələb edirlər: “Biz tələblərimizi şəxsən Andrey Volkovun özünə çatdırmaq istəyirik. Volkov bura gəlməyənə kimi aksiya davam edəcək”. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top