Ərdoğan: “Bayraktar Kızılelma”nın ilk uçuşu gələn ay reallaşa bilər"

REGİON 12 dek 2022, 00:25
Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelma”nın ilk uçuşu bir ay ərzində həyata keçirilə bilər.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində gənclərlə görüşü zamanı bildirib.

O, əlavə edib ki, Türkiyə artıq öz raketlərini də istehsal edir.

Ərdoğan, həmçinin, terrorla mübarizə mövzusuna toxunaraq, ABŞ-nın Suriyanın şimalına 4-5 min yük maşını ilə silah və sursat göndərdiyini bildirib. O, bu barədə Ankaranın rəsmi Vaşinqtona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, ABŞ-nın terrorçulara dəstəyini dayandırmadığını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top