Bakıda qardaşını bıçaqlayan şəxsə hökm oxundu

KRİMİNAL 05 dek 2022, 17:32
Bakının Suraxanı rayonunda qardaşını bıçaqlamaqda ittiham olunan 1987-ci il təvəllüdlü Kamil Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev in sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Kamil Səfərov 1 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, hadisə bu ilin iyunun 6-da saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Kamil Səfərov onunla eyni mənzildə yaşayan qardaşı, 1988-ci il təvəllüdlü Emil Səfərovla mübahisə edib. 

Nəticədə Kamil Səfərov kiçik qardaşına bıçaqla xəsarət yetirib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top