İranda azərbaycanlı gənc edam ediləcək

REGİON 03 dek 2022, 15:17
İran rejimi güneyli fəal barədə edam hökmü çıxarıb.

Demokrat.az
xəbər verir ki, İran məhkəməsi əslən Cənubi Azərbaycanın Bostanabad bölgəsindən olan Milad Əşrəfi Atbatanın edam olunmasına qərar verib.

Məlumata görə, məhkəmə sistemi ötən ilin iyun ayında İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham olunan dörd nəfər barədə edam hökmü çıxarıb.

Milad Əşrəfi Atbatan, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər İsrailin xüsusi xidmət orqanı Mossadla əməkdaşlıqda günahlandırılıblar./modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top