20 min manatlıq oğurluq, 2 qarətçi

KRİMİNAL 03 dek 2022, 11:51
Xaçmazda 22 000 manatlıq oğurluq edən şəxslər saxlanılıblar.

Demokrat.az
DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Cəlal Cəfərovdur.

Həmin şəxs əvvəlcə rayon ərazisində fəaliyyət göstərən sağlamlıq mərkəzindən ümumi dəyəri 10000 (on min) manat edən müxtəlif növ dəmir borular, təmir-tikinti alətləri, dam örtükləri və elektrik avadanlıqlarını oğurlayıb.

Bundan başqa Cəlal Cəfərov gizli talama məqsədi ilə fərdi  yaşayış evinə girərək oradan ümumi dəyəri 10200 (on min iki yüz) manat dəyərində olan musiqi aləti, xalçalar, qızıl-zinət əşyası, su qızdırıcısı və s oğurlayıb.

Davan etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ramil Sultanov saxlanılıb. 

Həmin şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 1890 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top