“ABŞ Minsk qrupunun həmsədrlərindən biri idi və bölgədə maraqları olan ölkədir. Təbii ki, ABŞ rəsmilərinin Azərbaycan-Ermənistan məsələsində tam tərəfsiz olduğunu söyləmək çətindir. Xüsusilə də, demokratların ABş-dakı erməni lobbisi ilə aktiv şəkildə iş birliyi var. Xüsusilə Nensi Pelosinin son görüşü buna misaldır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib. Politoloq qeyd edib ki, ancaq rəsmi Vaşinqtonun öz siyasəti mövcuddur.

“O siyasət də bölgədə mövqeyini gücləndirmək və digər məsələlərdən keçir. Ermənistan-Azərbaycan arasındakı münasibətlərinin həlli yolunda ABŞ-ın təkliflərindən biri Azərbaycanın torpaq bütünlüyü çərçivəsində həll olunması məsələdir. Ermənilərin də bu çox xoşuna getmir. Amerikalılar da başa düşürlər ki, bölgədə qalıcı sülh sadəcə və sadəcə beynəlxalq hüququn irəli sürdüyü məsələlərdən reallaşa bilər. Təbii ki, bu da Azərbaycan torpaqlarının bütünlüyündən keçir. Qalıcı sülh də yalnız bu şəkildə bölgədə təmin edilə bilər. Ermənistan tərəfi tam müstəqil dövlət olmadığı üçün, daha çox marinett dövlət olduğu üçün ipini kimin əlində güclü görmək istəyirsə, öz maraqlarına görə onu həll etməyə çalışır. Xüsusilə Fransa ilə olan dialoq, Makronun Paşinyan tərəfdən görüşdə iştirak etməsi təklifi və digər məsələlər də bunun göstəricisidir. Rusiyanın da bölgədə öz maraqları var və oyun oynamağa çalışır. Amma, görünən odur ki, ABŞ getdikcə məsələni ələ almağa çalışır. Bu da güclü məsələdir. ABŞ-ın təklifi, Azərbaycanla olan münasibətləri, bölgəyə yanaşması, xüsusilə Rusiyanın Ukraynaya açdığı savaş fonunda olduqca daha pravmatik və daha güclü görsənir. ABŞ əgər Türkiyə və Azərbaycanla iş birliyini bölgədə artırırsa, onun bölgədə yerləşməsi və daha da güclü olması üçün ciddi zəmin yarana bilər. Əks halda, ABŞ-ın da şansı bu dəqiqə çox görünmür. Daha doğrusu, təsirli ölkədir, amma məsələnin həllində hələlik Rusiyanı tamamən kənarda qoya biləcək gücdə deyil”.
Nəzrin
Demokrat.az