Ukraynanın infrastruktur naziri istefa verib

DÜNYA 30 noy 2022, 23:35
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov istefa ərizəsi verib.

“Report” xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

Radanın deputatı Yaroslav Jeleznyak öz növbəsində bildirib ki, Kubrakovun vəzifədən azad edilməsi onu yeni vəzifəyə - baş nazirin müavini təyin etmək üçün həyata keçirilir.

Eyni zamanda, hakimiyyət İnfrastruktur Nazirliyi və Regional Siyasət Nazirliyini birləşdirməyi planlaşdırır, yeni şöbəyə Kubrakov rəhbərlik edəcək.
Y. Jeleznyakın sözlərinə görə, Kubrakovun baş nazirin müavini təyin edilməsi və iki nazirliyin birləşdirilməsi barədə qərar nazirin istefası üçün səsvermədən dərhal sonra parlamentə təqdim olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top