“Asiyada yeni müharibə ocağı yaransa, dünya iqtisadiyyatına neqativ təsirləri olacaq”

GÜNDƏM 24 noy 2022, 22:50
“Tayvanda müharibənin başlaması dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat vurğulayıb ki, Tayvan əsasən texnoloji məhsulların istehsalı üzrə ixtisaslaşıb. 



“Bu da təbii ki, dünya bazarında həmin məhsullara tələbin ödənilməsində çətinlik yaradır. Bütövlükdə, bu region iqtisadiyyatı, dünya iqtisadiyyatı üçün ciddi bir təhlükə ola bilər. Ümumiyyətlə, son dövrlərin müharibələri dünya iqtisadiyyatına ciddi təsir göstərib. Xüsusən, Rusiya-Ukrayna arasındakı müharibəni də nəzərə alsaq bu bir daha təsdiq edir ki, bütövlükdə dünya iqtisadiyyatı üçün müharibələr ciddi problemlər yaradır. Həm inflyasiya səviyyəsinin artması, həm də bir sıra məhsulların ödənilməsində çətinliklər yaranır. Bütün bunlar da iqtisadiyyat üçün arzuolunan deyil. O baxımdan, əgər Asiyada yeni müharibə ocağı yaranarsa, bu nəticə etibariylə dünya iqtisadiyyatına ciddi neqativ təsirləri olacaq”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top