“Azərbaycanın beynəlxalq axtarışa verdiyi separatçı Araik Arutyunyan Xankəndidə “rus mərkəzi”nin açılış mərasimində iştirak edib. Qurumun fəaliyyəti rus dilinin, rus mədəniyyətinin və tarixinin populyarlaşdırılmasına, təhsil sahəsində dialoqun və sıx əməkdaşlığın inkişafına yönəldiləcək. Rusiyanın sponsorluğu ilə reallaşdırılan bu layihə Rusiyanın növbəti çirkin siyasətinin davamıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri əlavə edib ki, Rusiya Qarabağ ərazisində gərginliyin olmasında maraqlıdır:
“Məhz bu səbəbdən, Rusiya ermənilərdən bir alət kimi istifadə edir. 44 günlük Vətən müharibəsindən sonra “sülhməramlı” adı altında da ərazilərimizə qoşun yerləşdirildi və onlar gəldikləri ilk gündən orada separatçılara havadarlıq edirlər. Rusiya bununla da öz planlarını diqtə edir. Ermənilərin orada olmasının yetərli olmadığını hesab ediblər və növbəti bir addım atmağa yönəlik işlər görülür ki, bu da rus icmasının formalaşmasıdır. Orada kilsələr tikilir, ağrılı yerimiz olan Xocalıda isə bir sıra sərkərdələrin bütləri qoyulub. İndi də rus icması adı altında orada növbəti işlər aparılmaqdadır.

Milyarder də ora Rusiyanın sifarişi ilə gəlib. Növbəti dəfə orada Rusiya hərbi, siyasi gücünün möhkəmlənməsinı xidmət edən addımlar atılmaqdadır. Təbii ki, bu Azərbaycanın qəbul edəcəyi məsələ deyil. Bununla bağlı, Azərbaycan Prezidenti də öz ciddi mesajını verib, Azərbaycan ictimaiyyətində də məsələ ilə bağlı çox ciddi narahatlıq və narazılığı var. Eyni zamanda, hesab edirəm ki, növbəti etaplarda bunun qarşısının alınması üçün addımlar atılmalıdır. Heç bir halda, orada rus icması adı altında, ermənilərin hansısa formada güclənməsinə, separatçılığın isə genişlənməsinə imkan vermək olmaz”.
Aynurə
Demokrat.az