Məzuniyyətdə olan hərbçi qəza törətdi — Ölən var

HADİSƏ 22 noy 2022, 12:06
Qusarda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Hil kəndi ərazisində 1994-cü il təvəllüdlü Hüseynov Tural Tərlan oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə 1993-cü ildə anadan olmuş Kamil Ədilxanovun sürdüyü “VAZ 2107” toqquşub.

Nəticədə K.Ədilxanov aldığı xəsarətlərdən vəfat edib. T.Hüseynov isə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, T.Hüseynov “N” saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusudur və qəza o, məzuniyyətdə olduğu zaman baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top