Gələn ay bir qrup ailə Ağalıya köçürüləcək

SOSİAL 21 noy 2022, 12:22
Dekabr ayında daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb.

Demokrat.az
Trend-ə istinadla xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev noyabrın 21-də "Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Ağalı kəndində tikilməsi nəzərdə tutulan 200 evdən 87-si istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top