Moldova XİN: İstanbulda terror aktından sonra 3 vətəndaşımız saxlanılıb

DÜNYA 19 noy 2022, 23:41
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Türkiyənin İstanbul şəhərində 6 nəfərin həyatına son qoyan terror aktından sonra respublikanın 3 vətəndaşının Bolqarıstanda saxlanması ilə bağlı məlumatı təsdiqləyib.

Bu  barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Saxlanılan üç nəfərin ölkəmiz vətəndaşlığı təsdiqlənib”, - nazirliyin açıqlamasında bildirilir. Xarici İşlər Nazirliyi terror aktını pisləyib və Moldova hakimiyyətinin birgə təhqiqata açıq olduğunu bəyan edib.
Xatırladaq ki, noyabrın 13-də İstanbulda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top