Rəşad Dağlı kirayədə yaşayır: Qazandığı pullar hara gedib?

ŞOU-BİZNES 17 noy 2022, 13:05
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barədə müzakirələr səngimir.

Hadisədən sonra KİV-lərə danışan qonşuları söz ustadının kirayədə yaşadığını açıqladılar.  

Məsələ sosial şəbəkələrdə gündəmə çevrildi, istifadəçilər bu məsələyə inanmadıqlarını, Rəşadın toy məclislərindən xeyli pul qazandığını iddia etdilər.

Bəs Rəşad Dağlı qazandığı pulu hara xərcləyib?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara bu məlumatın doğru olduğunu bildirib. Onun sözlərinə görə, Rəşad pullarını xeyriyyə işlərinə xərcləyib:

“Bəli, Rəşad kirayədə yaşayırdı. O, pullarını xeyriyyə məqsədilər xərcləyirdi. Yaşadığı ev isə özünün deyildi, öz evi təmirdədir. Qazandıqlarını yardıma ehtiyacı olanlara xərcləyirdi”.

Meyxanaçının həmkarı Ağamirzə Məmmədov isə R.Dağlının kirayədə yaşadığına inanmadığını deyib:

“Kirayədə yaşayıb-yaşamadığını bilmirəm. Bu haqda dəqiq məlumatım yoxdur. Amma bildiyim şey onun doğurdan da xeyriyyəçiliklə məşğul olmasıdır. Rəşad çox adama əl tutub, yaxşı işlər görüb. Müğənnilər kimi meyxanaçılar da hər zaman xeyriyyəçilik ediblər. Biz edəndə xəlvət edirik. Kiməsə yardım edəndən sonra bu haqda danışıb mən filankəsə filan şey etdim dedinsə, o yardım heç nədir, zay olub gedir. Gərək etdiyin yardımı bir sən biləsən, bir də Allah. O ki, qaldı Rəşad Dağlının kirayədə qalmağına, bu inandırıcı söhbət deyil, mən inanmıram. Allah köməyi olsun, qapısını açsın”.

Xatırladaq ki, meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusu İsgəndər Mehtiyevi qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top