Bu gün Nərimanov Rayon Məhkəməsində produser, aparıcı Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.
OLAY yazır ki, məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib. Tarix Əliyevin vəkili Ramil Vəliyevdən münasibət bildirməsi üçün müraciət etdik. Vəkil bildirdi ki, xüsusi ittiham qaydasında şikayət əsassız olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Tarix Əliyev tərəfindən şikayət vermiş şəxs təhqir edilməmiş, həmin şəxsin hər hansısa bir hüquqları pozulmamışdır.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Tarix Əliyevi məhkəmə verən şəxs ARCM-in 234.1-1 (narkotik vasitələrin qanunsuz daşınması) maddəsi ilə məhkum edilmiş şəxsin həyat yoldaşıdır.
Tolik özü məsələ ilə bağlı açıqlama yayaraq bunları bildirib:
“Mən Allahın ədalətinə inanıram, çünki Allah o qədər ədalətlidir ki, həm insanın qəlbində olanı, həm də ki, içində olanları hər şeydən gözəl bilir. Bu günlərdə Nərimanov Rayon Məhkəməsinə ədalətli qərarına görə təşəkkür edirəm. Çünki hər dəfə başıma gələn işdə bir nəfər çıxıb demir ki, necə ola bilər ki, Tolik hamı ilə düşmən olub? Necə olur ki, on beş gün bundan əvvəl Tolikin atdığı addımda ona gözəl sözlər deyirdilər, eyni cəmiyyət on beş gündən sonra onu linç edir? Mən haqqın və ədalətin hər zaman olduğuna inanmışam. Bu da bir sübutdur. Allah, insanlara zərər verənlərin, onlara haqqsızlıq edənlərin hər zaman, necə deyim, öz qərarı ilə onları cəmiyyətdə tənzimləsin. Çünki mən çalışmışam, səhvlərimlə və doğrularımla da bu cəmiyyətdə bir az da olsa xeyir verən vətəndaşlardan olum, ziyan verən vətəndaşlardan yox. Dövlətimi, dövlətçiliyimi və vətənimi sevən vətəndaşlardan olum”.